ActivitiesNews

Rəqəmsal Bilik Mübadiləsi (17–18 noyabr 2025)

17–18 noyabr 2025-ci il tarixlərində Almaniya və Cənubi Qafqaz regionundan olan 50-dən çox iştirakçını, o cümlədən müəllim heyətini, layihə tərəfdaşlarını, tələbələri və doktorantları, bir araya gətirən iki günlük Rəqəmsal Bilik Mübadiləsi tədbiri keçirilmişdir. Tədbir birgə refleksiya və ekspert töhfələrinin paylaşılması məqsədini daşıyırdı.

Birinci gün son layihə və mübadilə fəaliyyətlərinin nəzərdən keçirilməsi və müzakirəsinə həsr olunmuş, strukturlaşdırılmış təcrübə mübadiləsi və sual-cavab sessiyası ilə müşayiət edilmişdir.

İkinci gün isə iqlimə uyğunlaşma sahəsində əsas mövzular üzrə ekspert təqdimatları və müzakirələr keçirilmişdir. Bu mövzulara quraqlığa meyilli ərazilər üçün desentralizasiya olunmuş su həlləri, elm–siyasət–icma əməkdaşlığı, icma əsaslı uyğunlaşma üzrə nümunəvi təcrübələr, iqlim təhsili üçün rəqəmsal alətlər, eləcə də təbiət əsaslı həllər, gender aspektləri, iqlim dəyişikliyi ilə bağlı miqrasiya, iqlimə davamlı kənd təsərrüfatı və şəhər iqlim davamlılığı daxil idi.